Hesabatlar

Azərbaycanlılar pulunu daha çox hansı ölkələrə yatırırlar? - TOP-5

2023-cü ilin I rübündə Azərbaycan vətəndaşlarının birbaşa xarici investisiyaları 289,896 milyon dollar olub. Bu, ötən ilin yanvar-mart aylarının göstəicisindən 37,1% çoxdur.

ENA.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankın Tədiyyə Balansına görə, I rübdə ən böyük investisiya məbləği Niderlanda yatırılıb. Azərbaycan vətəndaşlarının birbaşa investisiya yatırdığı xarici ölkələr arasında 96,08 milyon dollar və ya qeyd olunan dövrdə bütün birbaşa xarici investisiyaların 33,1%-ini təşkil etməklə Niderland birinci olub. 

Azərbaycan vətəndaşlarının xarici investisiya yatırdığı ölkələrin TOP-beşliyinə BƏƏ ($22,511 milyon, azalma 2,1 dəfə), Türkiyə ($19,435 milyon, azalma 14,5%), Belçika ($18,965 milyon, 2022-ci ilin I rübündə həyata keçirilməyib) və Gürcüstan ($13,468 milyon, artım 1,5 dəfə) da daxildir.

2023-cü ilin yanvar-mart aylarında Azərbaycan rezidentləri RF-yə birbaşa xarici investisiya qoyuluşunu 6,4 dəfə - $8,164 milyonadək və ya xaricə bütün investisiyaların 2,8%-i səviyyəsində (2022-ci ilin yanvar-mart aylarında 0,6%) artırıb.

2022-ci ildə Azərbaycan rezidentlərinin birbaşa xarici investisiyalarının həcmi $1 milyard 152,617 milyon təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 39,6% çoxdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)