Təkrar gəlirlərin 93.8%-i pul baratlarıdır
Azərbaycanın təkrar gəlirlər üzrə ölkələrlə apardığı əməliyyatların ümumi həcmi 665 mln.$ təşkil edib. ENA.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, daxilolmalar 481.6 mln.$, ödənişlər isə 183.4 mln.$ olub.
Təkrar gəlirlər üzrə ümumi daxilolmaların 93.8%-ni xarici ölkələrdən fiziki şəxslərin pul baratları, 5.6%-ni ölkəyə gətirilən humanitar malların və digər yardımların həcmi, 0.6%-ni isə digər daxilolmalar təşkil edir. Ölkəyə göndərilən pul baratlarının həcmi 88.2% artaraq 451 mln.$, ölkədən köçürülən pul baratlarının həcmi isə 12.6% azalaraq 132 mln.$ olub. Nəticədə pul baratları üzrə 319 mln.$ müsbət saldo yaranıb.