“MİDA” Cəbrayılda yaşayış binalarının tikintisini 4 şirkətə həvalə etdi
Mənzil İnşaatı Dövlət Agentliyinə məxsus “MİDA” MMC tərəfindən Cəbrayıl şəhərində 7,87 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisi üçün açıq tender keçirilib.
Tenderin nəticəsinə əsasən, “Körpü-Bina-Tikinti” MMC, “Hovers Group” MMC, “Yar İnşaat Təmir-Tikinti” MMC ilə “Merkuri İnşaat” MMC konsorsiumu qalib müəyyən edilib.
Şirkətlərlə müvafiq satınalma müqavilələri bağlanmışdır.