Azərbaycandan Türkiyə və Qazaxıstana ixracla bağlı məhdudiyyətlər aradan qaldırılıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində Azərbaycandan Türkiyəyə heyvan və heyvan mənşəli məhsulların ixracına nodulyar dermatit xəstəliyi ilə bağlı, Qazaxıstana isə at ixracı və tranzitinə atların manqo xəstəliyi ilə bağlı tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb.
Bunu AQTA-nın sədri Qoşqar Təhməzli yerli şirkətlərin “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” adlı tanıtım sərgisində çıxışı zamanı deyib.
“Avropa İttifaqına yun, dəri, qurbağa ayaqları və ilbizlərin ixracına icazələr əldə edilib. Ölkədə xırdabuynuzlu heyvanların “taun xəstəliyindən azad” statusunun alınması üçün monitorinqlər keçirilib və zəruri tədbirlər icra olunub”, – deyə AQTA-nın sədri əlavə edib.