Birja

Neftin qiyməti düşməyə davam edir - BİRJA

Bugün neft qiymətləri tələb proqnozunun enməsi ilə bağlı aşağı düşüb. ENA.az xəbər verir ki, ABŞ Enerji Departamentinin bir gün əvvəl açıqladığı məlumatlar, Nymex-də ticarət edilən neftin saxlandığı Cushing terminalındakı ehtiyatların ardıcıl yeddinci həftə ərzində 1,7 milyon barel artdığını göstərdi. Bundan əlavə, ABŞ-ın benzin ehtiyatları 2,74 milyon barel artıb.

Londonun ICE Futures birjasında cümə axşamı saat 9:15-ə Brent markalı neftin avqust fyuçerslərinin dəyəri bir barel üçün 76,76 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 0,19 dollar (0,25%) aşağıdır. 

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI markalı neftin iyul ayı fyuçerslərinin qiyməti bu vaxta qədər 0,15 dollar (0,21%) ucuzlaşaraq 72,38 dollar/barelə bərabər olub. 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)