Naxçıvanbank-ın səhmdarları tam dəyişdi
Azərbaycanın 2008-ci ildə yaradılan yeganə regional bankı – “NaxçıvanBank” ASC-nin Müşahidə Şurasının dəyişməsindən sonra, səhmdarları da dəyişib.
Bildirilir ki, bankın səhmlərinin 63.66%-i Hüseyn Məmmədova, 26.52%-i Rüfət Məmmədova (hazırda Müşahidə Şurasının üzvü), 9.82%-i Binnət Novruzova (Müşahidə Şurasının sədri) tərəfindən satın alınıb.
Buna qədər, bankın 94 mln. manatlıq kapitalı Naxçıvan MR-nın Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun ailə üzvlərinə məxsus idi.
Oğlanlarından Rza Talıbov “NaxçıvanBank”ın səhmlərinin 63.66%-ni, Seymur Talıbov 20.48%-ni, qızı Baharxanım Talıbova 9.82%-ni, xanımı Sevil Sultanova isə 6.04%-ni sahibidilər.