Gündəm

BƏƏ və Misir arasında 10 milyard dollarlıq enerji layihəsi

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) bərpa olunan enerji şirkəti “Masdar”ın Misirdə dəyəri 10 milyard dollardan çox olan külək enerjisi layihəsi üçün Qahirə administrasiyası ilə razılaşma əldə etdiyi bildirilir.

ENA.az xəbər verir ki, ölkənin rəsmi agentliyində yer alan xəbərə görə, WAM, Masdar və digər tərəfdaşlar ilə Misir arasında müqavilə imzalanıb.

Xəbərə görə, Misirin paytaxtı Qahirədə baş nazir Mustafa Medbuli və BƏƏ-nin sənaye və texnologiya naziri Sultan Əhməd əl-Cabirin də qatıldığı imzalanma mərasimində razılaşmanın açıqlanacağı bildirilib.

Layihənin dəyərinin 10 milyard dolları keçəcəyi vurğulanan xəbərdə, sözügedən layihənin Misirin 2030-cu ilə qədər quraşdırılmış enerjinin 42 faizini bərpa olunan enerjidən əldə etmə hədəfinin reallaşmasına töhfə verəcəyi ifadə edilib.

Xəbərdə layihənin həyata keçirilməsi ilə Misirin hər il təbii qazdan 5 milyard dollar qənaət edəcəyi qeyd edilib.

BƏƏ və Misir 2022-ci ilin noyabrında 10 giqavatlıq külək enerjisi layihəsi üçün ilkin razılaşma imzalayıb.

Misir hər il hasil etdiyi 64 milyard kubmetr təbii qazın böyük hissəsini istehlak edir. Qahirə rəhbərliyi bərpa olunan enerji mənbələri ilə daxili istehlakı azaltmaqla təbii qaz ixracını artırmağı hədəfləyir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)