Bank

Muğanbank kreditlərin əvəzində əmlakı öz balansına götürdü

“Muğanbank” ASC müştərilərə verilmiş kreditlərin əvəzi olaraq 1 milyon 728 min AZN məbləğində əmlakı öz balansına götürüb.

ENA.az xəbər verir ki, bu əməliyyatlar pul vəsaitləri və onların ekvivalentlərini əhatə etmir.

Eyni zamanda Bankın tanınması dayandırılmış və ya vaxtı keçmiş risklərinin həcmi açıqlanıb və hazırda bu məbləğ 731 min manat təşkil edir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department