Birja

Lirə bugün yenidən çökdü. Yeni rekord qeydə alındı

Dollar/TL-də həftənin əvvəlindən bu yana davam edən yüksəliş daha da sürət qazanıb. ENA.az xəbər verir ki, məzənnənin 6 faizdən çox artması ilə rekord səviyyə müşahidə olunub.

Dollar/TL günə 21,61 səviyyəsindən başlayıb və hazırda dollar 23 TL-ni ötüb. Dollar/TL-də 3 günlük artım yüzdə 8-i keçdi. İlin əvvəlindən məzənnədə 20 faizdən çox artım var.

Avro/TL tərəfində isə 24,83 ilə rekord qeydə alınıb.

Bloomberg dollar indeksində düz proqnoz müşahidə olunub.

İstiqraz faizi 15,28 faiz səviyyəsindədir.

Seçkilərdən sonra dollar/TL-də yüksəliş dinamikası müşahidə olunarkən, xarici qurumlar dollar/TL gözləntilərini yenidən nəzərdən keçirdilər.

Commerzbank il sonu dollar/TL proqnozunu 20-dən 25-ə yüksəltdiyi halda, 2024-cü il üçün il sonu gözləntisini 30 olaraq açıqladı.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)