Amerikanın hasilat rəqəmləri - NEFTİ UCUZLAŞDIRDI
Bugün səhər ABŞ-da bu il və gələn il rekord hasilat gözləntiləri fonunda neft qiymətləri enməyə davam edib.
Londonun ICE Futures birjasında saat 9:20-yə Brent markalı neftin avqust fyuçerslərinin dəyəri 75,8 dollar/barel təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 0,49 dollar (0,64%) aşağıdır.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin iyul fyuçerslərinin qiyməti bu vaxta qədər 0,44 dollar (0,61%) azalaraq bir barelə görə 71,3 dollar təşkil edib.
Agentliyin aylıq proqnozuna görə, ABŞ Energetika Nazirliyi 2023-cü il üçün yerli neft hasilatı (digər maye karbohidrogenlər istisna olmaqla) üzrə gözləntilərini sutkada 12,53 milyon bareldən 12,61 milyon barelə yüksəldib.
Proqnoz göstəricisi 2022-ci ilin nəticəsi ilə müqayisədə 720 min barel çoxdur - 11,89 milyon barel. Bu, həmçinin 2019-cu ildə müəyyən edilmiş ABŞ-ın son orta illik rekordu olan 12,3 milyon bareldən sutkada 310 min barel çoxdur.
Agentlik həmçinin 2024-cü il üçün hasilat proqnozunu sutkada 80,000 barel artıraraq 12,77 milyon barelə çatdırıb.