Bank

Premium Bank səhmdarlarına dividend ödədi - MƏBLƏĞ

Premium Bank səhmdarlarına dividend ödənişi edib. ENA.az xəbər verir ki, bu il yanvarın 23-də 8 milyon manat məbləğində dividendlər elan edərək ödəyib.

Qeyd edək ki, nizamnamə kapitalı 1,003,905 adi səhmdən ibarətdir. Bütün səhmlərin hər birinin dəyəri 154 AZN təşkil edir.

Bankın səhmlərinin 15.22%-i “VIP Aviasiya Xidmətləri Şirkəti” MMC-yə,  84.47%-i Zərifə Həmzəyevaya, 0.31%-i Elvira Əhmədovaya aiddir.

Azərbaycan Respublikasının Mərkəzi Bankı 2 fevral 2023-cü il və 30 mart 2023-cü il tarixlərində yenidən maliyyələşdirmə dərəcəsini müvafiq olaraq 8.5%-ə və 8.75%-ə yüksəldib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)