Maskın şirkəti insan beyninə çiplərin implantasiyası icazəsindən sonra 2,5 dəfə bahalaşıb
İlon Maskın beyin çipləri ilə məşğul olan Neuralink startapı kapitallaşmasını 5 milyard dollara çatdırıb. Bu barədə “Reuters” şirkətin səhmlərinin özəl ticarət raundunun nəticələrinə istinadən xəbər verir.
Bir il əvvəl Neuralink investorlar tərəfindən 2 milyard dollar dəyərində qiymətləndirilmişdi. Startap ABŞ Qida və Dərman İdarəsindən (FDA) implantların insanlarda sınaqdan keçirilməsi üçün icazə aldıqdan sonra daha çox pul toplaya bilib.
Reuters-in məlumatına görə, Neuralink özəl hərrac çərçivəsində öz səhmlərini 55 dollar qiymətinə təklif edib, lakin jurnalistlər bu şərtlərlə sövdələşmələrin olub-olmadığını bilmirlər. Bununla yanaşı, nəşr yazır ki, ekspertlərin fikrincə, Neuralink öz texnologiyalarını 10 ildən tez kommersiyalaşdıra bilməyəcəyinə baxmayaraq, investorlar hərraca böyük həvəslə reaksiya veriblər.
Reuters yazır ki, özəl ticarət çərçivəsində investorlar əsasən Neuralink əməkdaşları və şirkətin aparıcı tərəfdaşları olub. Bu cür əməliyyatlar əhəmiyyətsizdir və şirkətin real dəyərini əks etdirmir.