Azərbaycanda hansı fondlar var? - SİYAHI
Azərbaycanda hər il dövlət bübcəsindən fondlara pul ayrılır. Fondların fəaliyyəti və şəffaflığı, hesabatlılığı ilə bağlı cəmiyyətdə fikirlər birmənalı deyil.
Azərbaycanda hansı fondlar var, ENA.az onların siyahısını təqdim edir.
Sıra |
Fondların adları: |
Fəaliyyət istiqamətləri |
1 |
Azərbaycan Dövlət Film Fondu |
"Azərkinovideo" İstehsalat Birliyininin nəzdində Azərbaycan Nazirlər Kabinetinin 22 dekabr 1993-cü il tarixli sərəncamına əsasən yaradılmış, 1994-cü ildən fəaliyyət göstərir.1999-cu ildə Beynəlxalq Kino Arxivləri Federasiyasının (FİAF) üzvü seçilmişdir. Fond, filmlərin bərpası və qorunması,Milli və xarici kino sənətinin təbliği, Arxiv material-faktlarının toplanması, Elmi – tədqiqat və araşdırma işlərinin aparılması,Beynəlxalq əlaqələr üzrə işlərin aparılması kimi əsas istiqamətləri özündə birləşdirir:
|
2 |
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu |
Əmanətlərin sığortalanması haqqında Azərbaycan Respublikasının Qanunu 29 Dekabr 2006-cı ildə ölkə parlamenti tərəfindən qəbul edilmiş və Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev-in 9 fevlar 2007 ci il tarixli Fərmanına əsasən Əmanətlərin Sığortalanması Fondu yaradılmış, 2007-ci ilin 12 Avqust tarixindən isə fəaliyyətə başlamışdır. Fondun əsas fəaliyyəti iştirakçı banklardan əmanətlərin sığortalanması üçün sığorta haqlarını toplamaq, qanuna uyğun olaraq Fondun pul vəsaitinin təhlükəsizliyini təmin etmək və bankda sığorta hadisəsi baş verdikdə qorunan əmanətçilərə sığortalanmış əmanətlərin ödənilməsini təmin etməkdir. |
3 |
Azərbaycan İpoteka Fondu |
(İKZF) "Azərbaycan Respublikasında ipoteka kreditləri sisteminin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 sentyabr tarixli 299 nömrəli fərmanına uyğun olaraq yaradılmışdır. İKZF-in əsas məqsədi Azərbaycan Respublikasında əhalinin yaşayış sahəsi ilə uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə təmin edilməsi mexanizmlərini yaratmaq, ipoteka kreditləşməsinə yerli və xarici maliyyə resurslarının cəlb olunmasına köməklik göstərməkdən ibarətdir. |
4 |
Azərbaycan Mədəniyyət Fondu |
Fond 1995-ci ildə yaradılmış qeyri-hökumət xeyriyyə fondudur. Milli incəsənətimizin inkişafı, təbliği, xarici ölkələrdə daha geniş tanınması, Azərbaycan xalqının dünya mədəniyyətinə inteqrasiyası, yeni beynəlxalq əlaqələrin formalaşması məsələlərinin həyata keçirilməsindən ibarətdir. Fondun işi 3 istiqamətdədir - mədəni tədbirlər, xeyriyyə aksiyaları, naşirlik fondun əsas məqasədidir. |
5 |
Azərbaycan Ordusuna Yardım Fondu |
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə təşkil edilən qurum. Fond Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. |
6 |
Azərbaycan Yaradıcılıq Fondu |
Azərbaycan Yaradıcılıq Fondu 1987-ci ildə Sovet Mədəniyyət Fondunun filialı kimi təsis edilmişdir. SSRİ-nin dağılmasından sonra bu qurum 2008-ci ilə qədər Azərbaycan Mədəniyyət Fondu adı altında fəaliyyətini davam etdirmişdir. 2008-ci ildən bəri Azərbaycan Yaradıcılıq Fondu adlanır. Fondun beynəlxalq əlaqələr üzrə gördüyü işlər, həm çətin, qarışıq, həm də sabitlik illərində çox ciddi və əhəmiyyətli əməkdaşlıqlara vəsilə olub. |
7 |
Azərbaycan Respublikası Prezidentinin Ehtiyyat Fondu |
AZərbaycan Respublikasında dövlət büdcəsi gəlirləri əsasında mövcud olan fonddur. Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun vəsaiti müvafiq icra hakimiyyəti orqanının sərəncamları ilə müəyyən edilmiş xərclərin maliyyələşdirilməsinə istifadə olunur.Bu Fondun vəsaiti ölkənin sosial-iqtisadi həyatında mühüm əhəmiyyət kəsb edən tədbirlərə yönəldilir. Məsələn, bu fondun vəsaitləri hesabına "Qızıl kitab"a adları yazılmış gənc istedadların hər biri üçün onlar 25 yaşına çatanadək 300 manat məbləğində xüsusi aylıq təqaüd təsis edilmişdir.
|
8 |
Heydər Əliyev Fondu |
Qeyri-hökumət, qeyri-kommersiya təşkilatıdır. Fond Heydər Əliyevin xatirəsinə Azərbaycan xalqının ehtiramını ifadə etmək, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin Azərbaycan üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq məqsədi ilə 10 may 2004-cü ildə yaradılmışdır. |
9 |
Çingiz Mustafayev adına Fond |
1999-cu ildə təsis edilmiş Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adını daşıyan qeyri-hökumət və qeyri-kommersiya təşkilatı. Fond mükafat təqdimatları, müsabiqələr, festivallar, moto-yürüşlər, kitab nəşrləri və digər layihələr həyata keçirərək, Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasına və təbliğinə xidmət edir. |
10 |
Məhəmməd Əmin Rəsulzadə Fondu |
1955-ci ilin mart ayında Azərbaycan Kültür Dərnəyi tərəfindən Məhəmməd Əmin Rəsulzadənin irsini yaşatmaq üçün Ankarada yaradılmışdır. |
11 |
Mirzə Ələkbər Sabir Fondu |
2012-ci ildə M.Ə.Sabirin anadan olmasının 155 illiyi ərəfəsində şairin ailəsi tərəfindən yaradılmışdır. M.Ə.Sabir yaradıcılığının öyrənilməsi, onun irsinin tədqiqi, proqressiv ideyalarının təbliğinin davam etdirilməsi, eyni zamanda şairin həm şəxsini, həm də yaradıcılığını beynəlxalq ictimaiyyətə daha yaxından tanıtmaqdır |
12 |
Azərbaycan Sahibkarlığın İnkişafı Fondu |
Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu 1992-ci ildə yaradılmasına baxmayaraq, aktiv fəaliyyətə 2002-ci ildən başlamışdır. Azərbaycan Respublikasında sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması sahəsində tədbirlərdə iştirak etmək, onlara maliyyə dəstəyi verməkdən ibarətdir. |
13 |
Mənəvi Dəyərlərin təbliği Fondu |
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 10 oktyabr 2017-ci il fərmanı ilə yaradılmışdır. Fondun əsas missiyası Azərbaycan Respublikasında dini etiqad sahəsində maarifləndirmə işinin aparılmasına, mənəvi dəyərlərin qorunmasına və inkişafına, dövlət-din münasibətləri sahəsində məqsədli proqramların hazırlanmasına və həyata keçirilməsinə, dini qurumların vətəndaşların dini etiqad azadlığının təmin olunması sahəsində fəaliyyətinə, habelə bu sahədə sosial layihələrin reallaşdırılmasına dövlət dəstəyini təmin etməkdir. |
14 |
Qarabağ Dirçəliş Fondu |
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 4 yanvar 2021-ci il fərmanı əsasında publik şəxs kimi yaradılmışdır. |
15 |
Koronovirusla Mübarizəyə Dəstək Fondu |
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanı ilə Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək üçün yaradılmışdır. Bu qəbildən olan fond dünyada ilk dəfə Azərbaycanda təsis edilmişdir. |
16 |
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu |
(KİVDF) "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 31 iyul tarixli 2957 nömrəli Sərəncamına uyğun olaraq yaradılmışdır. |
17 |
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu |
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 15 mart tarixli 2095 nömrəli Sərəncamı ilə yaradılmışdır |
18 |
Yaşat Fondu |
Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu. Azərbaycan Respublikasında sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması sahəsində tədbirlərdə iştirak etmək, onlara maliyyə dəstəyi verməkdən ibarətdir. |
19 |
Azərbaycan Respublikası Dövlət Neft Fondu |
29 dekabr 1999-cu ildə yaradılmış,neft və qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının əldə etdiyi gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini, gələcək nəsillər üçün saxlanmasını təmin edən xüsusi məqsədli dövlət qurumudur. |
20 |
Azərbaycan Respublikası Gənclər Fondu |
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 19 dekabr tarixli 542 nömrəli Fərmanı ilə Gənclər və İdman Nazirliyinin yanında Gənclər Fondu yaradılmışdır. Azərbaycanda gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətlərin stimullaşdırılmasını, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirilməsini təmin edən qurum. |
21 |
Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondu |
Prezident İlham Əliyevin 2009-cu il 21 oktyabr tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradıldı. Fond fəaliyyəti qrant müsabiqələri yolu ilə ölkədə elmin inkişafını çevik şəkildə dəstəkləmək, Azərbaycanda əldə olunan elmi nəticələri ölkə hüdudlarından kənarda tanıtmaq, elmi təşkilat və qurumlarda müxtəlif tədqiqatlarla bağlı maddi-texniki bazanı ən müasir səviyyədə yeniləmək və ya gücləndirmək,kadr hazırlığına xüsusi diqqət yetirmək, müxtəlif elmi tədbirlər keçirmək, alimlərin xaricə elmi tədbirlərə göndərilməsini, qısamüddətli təcrübəartırmada iştirakını təmin etmək, elmi nəşrləri dəstəkləməkdir. |