Bank

“Kapital Bank”a yeni departament direktoru təyin edilib

“Kapital Bank” ASC-nin departamentlərindən birinə direktor təyin edilib.

Məlumata görə, Zakir Rəşidov xidmət keyfiyyətinin idarə edilməsi departamentinin direktoru təyin edilib.

O, buna qədər Kapital Bank-da şöbə müdiri kimi çalışıb, 2010-cu ildən 2017-ci ilə qədər isə “Bank Respublika”da filial müdiri olub.

Xatırladaq ki, “Kapital Bank” 2004-cü ildə, Birləşmiş Universal Səhmdar Bankının (“BUSbank”) bazasında yaradılıb. Onun nizamnamə kapitalı 265,85 milyon manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 12ş39 manat olan 21 456 820 səhm əsasında formalaşıb. Bankın əsas səhmdarı yenə də “PAŞA Holdinq” MMC-dir. Holdinqin payı 81.08 %-dir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)