Azərbaycan gübrədən nə qədər qazandı? - RƏQƏM
Özü xaricdən gübrə alan Azərbaycan 2023-cü ilin yanvar-mart aylarında 93,617 ton mineral gübrə ixrac edib. Bu 2022-ci ilin birinci rübünün göstəricisindən 17,2% çoxdur.
ENA.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ixrac olunmuş mineral gübrələrin ümumi dəyəri 27 milyon 392,7 min dollardır. Dəyər ifadəsində 48,5% azalma deməkdir, çünki dünyada gübrə yenidən ucuzlaşıb.
Bununla yanaşı, yanvar-mart aylarında Azərbaycan 14 milyon 260,1 min dollar gübrə alıb. Bu, 34,4% çoxdur və 21,882 min ton deməkdir.
Qeyd edək ki, Azərbaycanda SOCAR Karbamid Zavodu mineral gübrələrin istehsalı ilə məşğuldur.