Sosial iqtisadiyyat

Azərbaycandan özəl bölmə yükdaşımadan daha çox pay götürüb

2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanda yükdaşımaların həcmi 71 milyon 205,2 min ton təşkil edib. ENA.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu 2022-ci ilin 4 ayı ilə müqayisədə 5,9% çoxdur.

Yükdaşımaların strukturunda özəl nəqliyyat müəssisələrinin payı 76,2 faiz, dövlətin payı 23,8 faiz təşkil edib. 2023-cü ilin yanvar-aprel aylarında özəl nəqliyyat müəssisələri tərəfindən yükdaşımaların həcmi 4,1 faiz artıb.

Dəmir yolu nəqliyyatı ilə 5 milyon 918,1 min ton (tranzit yüklər daxil olmaqla) daşınıb ki, bu da 2022-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 9,4% çoxdur.

Dəniz nəqliyyatı ilə 2 milyon 615,2 min ton (artım 26,4 faiz), avtomobil nəqliyyatı ilə 39 milyon 183 min ton (artım 3,2 faiz), hava nəqliyyatı ilə 63,4 min ton (azalma 64,8 faiz) müxtəlif yüklər daşınıb. Hesabat dövründə daxili neft kəmərləri ilə 12 milyon 833,1 min ton neft (artım 10,5%) nəql olunub.

Daşıma həcminin qalan hissəsi magistral qaz kəmərlərinin payına düşüb.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)