BİZNES

Avropadan ölkəmizə idxal kəskin artıb

2023-cü ilin birinci rübündə Azərbaycan ilə Avropa İttifaqı (Aİ) ölkələri arasında ticarət dövriyyəsi 5 milyard 802,548 milyon avroya çatıb. ENA.az xəbər verir ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,1% azdır. 

2023-cü ilin mart ayında Azərbaycandan Aİ ölkələrinə ixrac 1 milyard 501,601 milyon avro olub. Bu, illik müqayisədə 25,7% azdır. Bu ilin birinci rübündə isə 10% azalma baş verib və 5 milyard 174,974 milyon avro təşkil edib. 

Öz növbəsində, 2023-cü ilin martında Aİ ölkələrindən Azərbaycana idxal 211,662 milyon avro olub. İdxalın həcmində isə illik 54,2% artım baş verib. Ümumilikdə yanvar-mart aylarında idxalın həcmi 72,1% artaraq 627,574 milyon avro təşkil edib.

2022-ci ildə Azərbaycan ilə Aİ ölkələri arasında ticarət dövriyyəsi rekord həddə - 33 milyard 113,063 milyon avroya çatmışdı. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)