Avtomobil

Daha bir Rusiya maşını Azərbaycanda yığılacaq - müqavilə imzalandı

Rusiyanın “Sollers” avtomobil şirkəti Azərbaycanda yüngül kommersiya avtomobilləri (LCV) istehsal edəcək. ENA.az xəbər verir ki, şirkət bu barədə “Azərmaş” ilə razılığa gəlib. 

“Sollers” SC-nin baş direktoru Nikolay Sobolev və “Azərmaş” MMC-nin İdarə Heyətinin sədri Emin Axundov bu gün “Rusiya-İslam Dünyası: KazanForum” Beynəlxalq İqtisadi Forumu çərçivəsində müvafiq əməkdaşlıq müqaviləsi imzalayıblar.

Memorandum Rusiyadan gətirilən hissələrdən istifadə etməklə “Azərmaş”ın müəssisələrində “Sollers” markalı yüngül kommersiya avtomobillərinin istehsalının təşkilini nəzərdə tutur. 

Tərəflər, həmçinin daxili tələbatın ödənilməsi, avtomobil ixracının həyata keçirilməsi və Rusiya ilə Azərbaycan arasında avtomobillərin sənaye yığımı üzrə mütəxəssislərin mübadiləsi istiqamətində tədbirlərin görülməsi barədə razılığa gəliblər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)