Gündəm

Azərbaycanda skuterlərə qadağa qoyuldu

Bu günlərdə Bakıda skuter icarəsi ilə məşğul olan tətbiqlər öz müştərilərinə fəaliyyətlərini müvəqqəti dayandırmaları barədə bildirişlər göndəriblər.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli açıqlamasıda bildirib ki, skuterləri idarə edənlər də digər hərəkət iştirakçıları kimi məsuliyyət daşıyır və qaydaları pozduqları təqdirdə cərimələnirlər:

“Skuterlər mopedlərə oxşar xüsusiyyətlər olduğu üçün onların hərəkəti “Yol hərəkəti haqqında” qanunun 46-cı maddəsində nəzərdə tutulduğu kimi vəzifə və hüquqlara sahibdir. Hər bir skuter idarə edən şəxs nəzərdə tutulmuş qaydada yolun sağ hissəsi ilə bütün qaydaları icra etməklə bu növ qeyri-mexaniki vasitələri idarə edə bilərlər. Dəbilqədən istifadə etmədikdə 40 AZN, digər hallara görə, yəni İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinə əsasən isə 20-100 AZN məbləğində cərimələr müəyyən olunub”.

Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva Sputnik Azərbaycan-a  bildirib ki, skuterlərin bulvar ərazisində hərəkəti ilə bağlı çoxsaylı şikayətlər daxil olduğundan bu nəqliyyat vasitələrinin istifadəsinə dünəndən qadağa qoyulub: “Bu qadağanın nə vaxt götürüləcəyi isə hələ məlum deyil”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)