Stoltenberq Türkiyəyə gedir
NATO-nun baş katibi Yens Stoltenberq yenidən Türkiyə prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün iyunun 3-də Ankaraya səfər etmək niyyətindədir. Bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.
Alyansın baş katibinin Türkiyə paytaxtına səfəri ilə bağlı digər təfərrüatlar açıqlanmayıb. Stoltenberqin Ankarada görüşəcəyi siyasətçilərlə hansı mövzuları müzakirə edəcəyi barədə də məlumat yoxdur.