Gündəm

Ukraynanın tank-desant gəmisi vurulub

Rusiya hərbi qüvvələri Odessa limanında Ukraynaya məxsus sonuncu tank-desant gəmisini məhv edib.

Bununmla bağlı Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konoşenkov açıqlama verib.

Sözügedən gəmi Yuri Olefirenko adına gəmidir.

Ukrayna rəhbərliyi Rusiya hərbi qüvvələrinin Odessa limanına hücumu nəticəsində yanğının baş verdiyini təsdiqləsə də, vurulan obyektin nə olduğuna dair ətraflı məlumat verməyib.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department