“Avropa daha bir münaqişənin öhdəsindən gələ bilməz”

Avropa İttifaqının ali diplomatı Jozep Borel Kosovonun şimalında baş verən zorakılıqları tənqid edib.
O bildirib ki, hazırda Avropa kifayət qədər zorakılıq var, daha artığını qəbul etmək mümkün deyil.
“Qarşıdurmalar daha təhlükəli vəziyyətin yaranmasına səbəb ola bilər. Biz daha bir münaqişənin öhdəsindən gələ bilmərik” – deyə Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi vurğulayıb.
Kosovoda qarşıdurmalar etnik serblərin alban əsilli şəxslərin bələdiyyə rəisi seçilməsinə qarşı etirazlarından sonra başlayıb.