Bank Respublika səhmdarlarına dividend ödəyib
“Bank Respublika”ASC 2022-ci il fəaliyyəti üzrə səhmdarlarına 12 milyon manat dividend elan edib. ENA.az bankın illik hesabatına istinadən xəbər verir ki, bu dividendin 6 milyon manatı səhmdarlara ödənilib.
Ümumilikdə bank dövr üçün 24 milyon manat mənfəət əldə edib. Maraqlı məlumatlardan biri də odur ki, 2022-ci il ərzində Bank “Azərbaycan Kredit Bürosu” MMC-dəki 12.50% payından 281 min AZN dividend alıb. Qeyd edək ki, 2021-ci ildə bu məbləğ 113 min AZN olub.