İran Bankı mənfəət açıqladı
“Bank Melli İran” Bakı filialının xalis mənfəəti 35% artıb.
“Bİ.az” xəbər verir ki, “Bank Melli İran” Bakı filialı 2018-ci ilin üçüncü rübü üzrə hesabatını açıqlayıb. Belə ki, bankın faiz gəlirləri 2 milyon 164 min manat, faiz xərcləri 83 min manat, haqq və komissiya gəlirləri 221 min manat, haqq və komissiya xərcləri isə 62 min manat təşkil edib. Bank 2018-ci ilin üçüncü rübünü 1 milyon 800 min manat xalis mənfəətlə başa vurub.
“Bank Melli İran” Bakı filialı aktivlər üzrə ehtiyatların yaradılmasına 319 min manat ayırıb. Bu göstəricidə ötən ilin müqaviq dövrü ilə müqayisədə 7,5 dəfə çoxdur.
Bankın xarici valyuta mübadiləsi gəlirləri artıb
Bank 2018-ci ilin üçüncü rübü üzrə mənfəət və zərər hesabatında xarici valyuta əməliyyatı üzrə gəlirləri 274 min manat təşkil edib. Bu göstəricidə 2017-ci ilin üçüncü rübü ilə müqayisədə 92% artım deməkdir. Ötən il bank bu əməliyyat üzrə 141 min manat gəlir əldə edib.
“Bank Melli İran” Bakı filialının bu ilin üçüncü rübündə müştərlərə verdiyi kreditin həcmi 3 milyon 497 min manat olub.