Maskın beyin çiplərinin insanda sınaqdan keçirilməsinə icazə verildi
ABŞ-lı iş adamı İlon Maska məxsus Neuralink şirkəti beyin çipi layihəsini insanlar üzərində sınaqdan keçirməyə başlamaq üçün ABŞ Qida və Dərman İdarəsindən (FDA) icazə aldığını açıqlayıb.
İlon Maska məxsus Neuralink, insanlar üzərində sınaqdan keçiriləcək beyin çipi layihəsi üçün FDA-dan icazə aldığını açıqladı.
BBC-nin xəbərinə görə, Neuralink sosial media hesabında beyin çipi layihəsinin FDA tərəfindən təsdiqlənməsini "bir gün bir çox insana kömək edəcək mühüm addım" kimi qiymətləndirilib.
Açıqlamada, Neuralink komandasının FDA ilə sıx əməkdaşlığı sayəsində təsdiq aldığı və eksperimental mərhələ üçün müraciətlər üçün lazımi məlumatların veriləcəyi bildirilib.
Neuralink şirkəti beyinə yerləşdiriləcək mikroçiplər sayəsində iflic və korluq kimi nevroloji pozğunluqları müalicə etməyi, əlillərin həyat keyfiyyətini yaxşılaşdırmağı hədəfləyir.
Qeyd edilib ki, daha əvvəl meymunlar üzərində sınaqdan keçirilən çiplər beyindəki siqnalları uğurla şərh edərək cihazlara ötürür.
Digər tərəfdən, mütəxəssislər xəbərdarlıq edirlər ki, Neuralink-in beyin implantları ilə bağlı ilkin tədqiqatlar mümkün texniki və təhlükəsizlik problemləri nəzərə alınmaqla daha diqqətlə və əhatəli şəkildə aparılmalıdır.