"Neuralink" beyin çiplərini insanlar üzərində sınaqdan keçirəcək - İCAZƏ VERİLDİ
İlon Maskın beyin çipləri istehsal edən Neuralink şirkəti insanlarda klinik sınaqlar üçün tənzimləyici qurumdan icazə alıb.
"İnsan üzərində klinik sınaqlara başlamaq üçün FDA icazəsi aldığımızı elan etməkdən məmnunuq!" Bu barədə o, Twitter-də yazıb.
Neuralink qeyd edib ki, bu, bir gün çiplərlə texnologiyanın bir çox insana kömək etməsinə imkan verəcək mühüm ilk addımdır.
Bildirilir ki, klinik sınaqlarda iştirakçıların işə qəbulu ilə bağlı məlumat yaxın vaxtlarda açıqlanacaq.
Mart ayında Neuralink-in insanlarda beyin implantlarını sınaqdan keçirmək üçün tərəfdaş axtardığı bildirilmişdi.
Mask daha əvvəl uşağının beyninə Neuralink çipinin yerləşdirilməsi ideyasını dəstəkləmişdi.