HI-TECH

Çip böhranında ABŞ və Çin arasında "müharibə" getdikcə dərinləşir

ABŞ və Çin arasındakı çip böhranı, ABŞ prezidenti Donald Trampın 2018-ci ildə Çinə qarşı başladığı ticarət müharibəsi ilə başlayıb. İki ölkənin bir-birinə qarşı qoyduğu məhdudiyyətlərlə davam edən böhranda Çinin yerli sənayelərinə ABŞ şirkəti Micron-dan yaddaş çipləri almasını qadağan etməsi böhranın son nöqtəsi oldu.
Dünyanın iki böyük iqtisadiyyatı arasında şiddətlənən bu müharibə həm dünya iqtisadiyyatları, həm də texnoloji təşəbbüslər üçün əsas əhəmiyyət kəsb edir.

Keçən il trilyonlarla ölçülən çip istehsalının ümumi qlobal dəyəri 580 milyard dollara yaxınlaşsa da, bu bazarın 2030-cu ilə qədər 1 trilyon dəyərə çatacağı gözlənilir. Bazarın böyümə sürəti belə olduğundan, iki ölkə arasında fərqli siyasətlər çip bazarına hakim olmağa davam edir.
 

İki ölkə arasındakı çip böhranının tarixi keçmiş ABŞ prezidenti Donald Trampın 2018-ci ildə Çinə qarşı başlatdığı ticarət müharibəsi ilə başlayıb.

İlk olaraq Tramp administrasiyası Çin telekommunikasiya nəhəngi Huawei şirkətinə hər hansı sistem, avadanlıq və xidmətlərdən istifadə etməyi qadağan edəndə başladı.

ABŞ administrasiyası 2022-ci ilin avqustunda qəbul edilən və qüvvəyə minən Çip və Elm Qanunundan sonra Çin istehsalçılarının qabaqcıl çip texnologiyalarına çıxışına məhdudiyyətlər qoyub. Tayvan yarımkeçirici şirkətləri bu qaydaya əməl edəcəklərini açıqladılar. Ada hökuməti Çinin çip sənayesini cilovlamaq məqsədi ilə ABŞ-ın yeni ixrac nəzarətlərinə əməl edəcəyinə işarə edib.

Dünya çip istehsalının 90 faizini istehsal edən Tayvan bu istiqamətdə açıqlama versə də, Çin "separatçı fəaliyyətləri təşviq edən" Tayvanın 2022-ci il avqustun 3-dən etibarən materik qum ala bilməyəcəyini açıqladı.

2022-ci ilin oktyabrında Bayden administrasiyası Çin texnoloji sektorunu yavaşlatmaq üçün yarımkeçirici satışına məhdudiyyətlər tətbiq edəcəyini və Huawei-yə qarşı daha ciddi sanksiyalr qoyacağını açıqladı.

Eyni dövrdə Çinə texnologiya ixracına məhdudiyyətlər qoyan ABŞ bu embarqonu genişləndirmək üçün Yaponiya və Avropa ölkələri ilə razılığa gəlib.

Böyük Britaniyada, Şanxayda qeydiyyata alınmış yarımkeçirici istehsalçısı Wingtech-in Hollandiyadakı törəmə şirkəti olan Nexperia, hökumət tərəfindən zavoda nəzarəti ələ keçirildikdən bir il sonra payının ən azı 86 faizini satmalı oldu. 

Almaniyada iqtisadiyyat nazirliyi avtomobil çipləri istehsalçısı Elmos Semiconductor şirkətinin Dortmunddakı fabrikinə, Çinin Sai Microelectronics şirkətinin İsveç törəməsi olan Silex-ə satış etməsini dayandırıb.

2023-cü ilin yanvarında Yaponiya hökuməti yarımkeçirici çip istehsalı materiallarının Çinə ixracına nəzarəti gücləndirəcəyini açıqladı. Sərtləşdirmə tədbirlərini əhatə edən yeni qaydanın iyul ayında qüvvəyə minməsi gözlənilir.

ABŞ rəhbərliyinin bu qərarından sonra Çinin çip idxalı 2023-cü ilin ilk üç ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 23% azalıb.

Pekin bu sanksiyalara sərt reaksiya versə də, çip ehtiyacını öz resursları ilə qarşılamaq üçün lazımi hazırlıqları görəcəyi ilə meydan oxuyub.

Pekin çip sənayesini canlı saxlamaq üçün vergi endirimləri və təşviqlər də daxil olmaqla 146 milyard dollarlıq dəstək paketi hazırlayıb.

Bununla belə, ABŞ konsaltinq şirkəti Capvision Partners və Bain & Co. və Britaniyanın Deloitte konsaltinq şirkəti də daxil olmaqla konsaltinq firmalarına qarşı son təzyiqlər xarici investorların Çin iqtisadiyyatına inamını sarsıdıb. Aİ Ticarət Palatası və Çindəki Amerika Ticarət Palatası investorlara təzyiqlərin Çində xarici şirkətlərin üzləşdiyi qeyri-müəyyənliyi artıracağı barədə xəbərdarlıq edib.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)