Bank

AMB sədri: "Makroiqtisadi sabitlik üçün hansı rejim zəruridirsə, biz o rejimin üzərində də qalacağıq"

Azərbaycanda Dollar/Manat məzənnəsi sabitdir, yəni artıq bir neçə ildir ki, biz günü 1/1.70 nisbəti ilə açırıq. "Yol xəritələri"nə görə ölkəmizin milli valyutası üzən-məzənnə rejiminə keçməli idi, ancaq Azərbaycan Mərkəzi Bankının mövcud siyasəti sabit məzənnə rejiminin hələ bir neçə il qalacağını göstərir. 

ENA.az-ın bu barədə verdiyi suala cavab olaraq Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib ki, hazırda əsas məqsəd Azərbaycanda qiymət sabitliyini təmin etməkdir.

"Biz Azərbaycan manatının qiymətini tənzimləyirik, başqa ölkələrin valyutasını yox. İqtisadiyyatımızın inkişafı, makroiqtisadi sabitlik üçün hansı rejim zəruridirsə, biz o rejimin üzərində də qalacağıq. Bugün sözsüz ki, bizim üçün sabit məzənnə rejimi daha əlverişlidir. Hökumət də, iqtisadi qurumlar, özəl sektor da bu halda öz planını bilir, qarşısına qoyduğu hədəflərə çatmaq üçün proqnozlarını aydın şəkildə qura bilir", -deyə AMB sədri vurğulayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)