“Günay Bank”ın qiymətli kağızları delistinq edildi
“Günay Bank” ASC-nin qiymətli kağızları haqqında delistinq qərarı verilib. ENA.az Bakı Fond Birjasına istinadən xəbər verir ki, Listinq Komitəsi tərəfindən listinq qaydalarının 13.1.2-ci bəndinə əsasən “Günay Bank” ASC-nin standart bazar seqmentində listinqdə saxlanılan AZ1003000168 ISIN kodlu qiymətli kağızının delistinq edilməsi qərarı alınıb.
Bakı Fond Birjasının listinq qaydalarına uyğun olaraq, delistinq haqqında qərar ictimaiyyətə açıqlandıqdan 2 ay sonra qüvvəyə minəcək və qiymətli kağızlar ticarətdən çıxarılacaq.
Qeyd edək ki, “Günay Bank” ASC-nin lisenziyası mayın 17-dən ləğv edilib və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.