Dövlət vəsaitləri hesabına keçirilən tenderlərdən 1131 şikayət və müraciət olub
Ötən il dövlət vəsaitləri hesabına 6 milyard 779 milyon 240,6 min manat məbləğində 12 min 102 satınalma olub. 2021-ci illə müqayisədə dövlət satınalmalarının ümumi məbləği 767.500,9 min manat və ya 12,8% artıb.
ENA.az xəbər verir ki, satınalma prosedurlarının sayı 27 vahid və ya 0,2% azalıb. 2021-ci illə müqayisədə müsabiqə əsasında həyata keçirilmiş satınalmaların həcmi ümumilikdə 1.854.746,3 min manat və ya 70,1% artıb. Açıq tender üzrə 1.212.321,2 manat və ya 1,2 dəfə, elektron açıq tender üzrə 399.751,1 manat və ya 49,7%, təkliflər sorğusu üzrə 276.689,6 min manat və ya 38,1% artım qeydə alınıb.
Kotirovka sorğusu üzrə 34.015,6 min manat və ya 33,4% azalma baş verib.
2022-ci ildə müsabiqə əsasında keçirilmiş satınalmalar zamanı ehtimal olunan qiymətlə (5.135.216,4 min manat) müqayisədə 634.406,9 min manat və ya 12,4% dövlət vəsaitinə qənaət edilib ki, bu da ötən illə müqayisədə 285.921,4 min manat və ya 82,0% çoxdur.
Satınalan təşkilatlardan daxil olan yekun protokollara əsasən hesabat dövründə qanunvericiliklə müəyyən edilmiş ayrı-ayrı satınalma metodlarının sayı və həcmi aşağıdakı kimidir:
- Açıq tender metodu ilə 3.430.712,7 min manat məbləğində 4063
- Təkliflər sorğusu metodu ilə 1.002.210,5 min manat məbləğində 490
- Kotirovka sorğusu metodu ilə 67.886,2 min manat məbləğində 3271 satınalma həyata keçirilib.
Açıq tender, təkliflər sorğusu və kotirovka sorğusu prosedurlarının nəticələrinə dair satınalan təşkilatlardan daxil olan 10595 yekun protokoldan 1409 yekun protokolda və ya 13,3%-də nöqsanlar aşkar edilmiş və bununla əlaqədar həmin satınalmaların nəticələrinin ləğv edilməsi satınalan təşkilatlara tövsiyə edilib.
Hesabat dövründə hüquqi və fiziki şəxslərdən satınalmaların təşkilinə dair 1131 şikayət və müraciət daxil olub.
Şikayətlərdə qаldırılаn məsələlər - müsаbiqələrin оbyеktiv şərаitdə аpаrılmаsı, iddiaçılara qarşı ədalətli münasibət göstərilməsi və ayrı-seçkiliyə yol verilməməsi məqsədilə satınalan təşkilatlara tövsiyələr verilib.