Dünyanın ən varlı adamı sərvətindən 11 milyard dollar itirib
Dünyanın ən zəngin adamı Bernard Arnault LVMH səhmlərinin çökməsindən sonra 11 milyard dollar itirib. ABŞ iqtisadiyyatında dəbdəbəli mallara tələbin azaldacağı riski ilə LVMH səhmləri 5 faiz ucuzlaşıb. ndan qorxaraq bir gündə sərvətindən 11,2 milyard dollar silib.
ENA.az xəbər verir ki, LVMH qrupuna Louis Vuitton, Moet & Chandon Champagne və Christian Dior kimi markalar daxildir.
Bloomberg Billionaires Index-in məlumatına görə, ucuzlaşmaya baxmayaraq, fransız milyarderin sərvəti hələ də 191,6 milyard dollardır. Bu il indiyədək sərvətinə 29,5 milyard dollar əlavə edib.
Arnault ilə dünyanın ikinci ən varlı adamı olan Tesla Inc.-in Elon Musk arasındakı fərq cəmi 11,4 milyard dollardır.