MİDA Yevlaxda alternativ ehtiyat mərkəzi yaradacaq
Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində olan “MİDA” MMC Yevlaxda “Güzəştli mənzil” sisteminin alternativ ehtiyat mərkəzi yaradacaq.
ENA.az www.tender.gov.az portalına istinadən xəbər verir ki, alternativ mərkəzin yaradılmasını “Farah İnnovations” MMC həyata keçirəcək.
Müqavilənin məbləği 1 milyon 166,076 min manatdır.
Tenderin müddəti isə 4 ay davam edəcək. .