Instagram iyun ayında Twitter-in analoqunu işə sala bilər
“Instagram” xidməti “Twitter”lə rəqabət aparacaq mətn tətbiqini işə salmağa hazırlaşır,
ENA.az xəbər verir ki, yeni platforma tərtibatçılar və məşhur insanlar tərəfindən sınaqdan keçirilir və iyun ayında istifadəyə veriləcəyi gözlənilir.
Məlumatlara görə, yeni xidmət Instagram-ın bir hissəsi olmayacaq. Bununla belə, istifadəçilər iki platformanın hesablarını birləşdirə biləcəklər.