Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/nizami83/public_html/includes/Parser.php on line 129
Azərbaycanda yeni milli parklar yaradılır | ENA.az
Sosial iqtisadiyyat

Azərbaycanda yeni milli parklar yaradılır

Bəsitçay, Qarayazı, Ağgöl, Hirkan, Abşeron, İsmayıllı və Şirvan Dövlət Təbiət qoruqlarının yaradılması Ulu Öndərin ölkəyə başçılıq etdiyi dövrə təsadüf edir. Eləcə də Zuvand, Daşaltı, Ordubad, Qubadlı, İsmayıllı və Kiçik Qızılağac Dövlət Təbiət yasaqlıqları da həmin dövrdə məhz onun diqqət və qayğısı ilə yaradılıb.

Bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Qırmızı kitab”ın III nəşrinin təqdimatında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Ümummilli lider Heydər Əliyev müstəqillik dövründə Azərbaycan Respublikasında flora və faunanın, təbiət abidələrimizin, nadir heyvanlar aləminin qorunması, mühafizə edilməsi istiqamətində konkret dövlət siyasətini müəyyən edib:

“Azərbaycan müstəqillik qazanandan sonra da məhz Ulu öndər Heydər Əliyevin Prezidentliyi dövründə yeni ekoloji siyasət formalaşmağa başlayıb, Bakı və Abşeronun yaşıllaşdırılmasına, ekoloji tarazlığın bərpasına, təbiətə vurulmuş yaraların sağalmasına daha böyük əzmkarlıqla başlanılıb. Bu istiqamətdə həyata keçirdiyi tədbirlər sırasında Ulu öndərin sərəncamı ilə 2001-ci ildə bir sıra sahələr üzrə fəaliyyət göstərən dövlət orqanlarının bazasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaradılmasını xüsusi ilə vurğulamaq istərdim. Məhz elə bu gün biz böyük fəxr hissi ilə Nazirliyin yaradılmasının il dönümü qeyd edirik.

Azərbaycanda ilk milli park statuslu qorunan ərazilərin yaradılması təşəbbüsü məhz Ulu Öndərin adı ilə bağlıdır. Naxçıvan MR-da Zəngəzur, həmçinin Şirvan və Ağgöl milli parkları 2003-cü ildə yaradılıb. Ölkəmizdə ekoistemlərin və təbii sərvətlərin qorunması istiqamətində həyata keçirilən, bünövrəsi Ulu Öndər tərəfindən qoyulmuş və bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən son 20 ildə uğurla davam etdirilən dövlət siyasəti öz məntiqi bəhrəsini verməkdədir.

2000-ci illərin əvvəllərindən başlayaraq Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi 478 min hektardan 893 min hektara qədər artırılıb. Hazırda 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığından ibarət olan xüsusi mühafizə olunan təbiət ərazilərimiz ekosistemlərin, nadir fauna və flora növlərinin mühafizəsində əhəmiyyətli rol oynayır”.

Nazir deyib ki, hazırda Zaqatala Dövlət Təbiət Qoruğunun bazasında Zaqatala-Balakən Biosfer Rezervatının, həmçinin əhəmiyyətli və unikal təbii landşaft müxtəlifliyinə malik Qanıx (Alazan) çayı vadisini və Axar-baxar dağ silsiləsini əhatə edən ərazilərdə, həmçinin Qax Dövlət Təbiət Yasaqlığı və İlisu Dövlət Təbiət qoruğunun bazasında yeni milli parkların yaradılması işlərinə başlanılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)