Aqrar

Azərbaycana ən çox valyuta gətirən qeyri-neft məhsulu hansılardır?

Bu il mayın 1-nə olan məlumata görə, Azərbaycan 161 milyon dollarlıq meyvə və tərəvəz ixrac edib.

ENA.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu kateqoriya üzrə ölkədən 58 milyon dollar dəyərində pomidor ixrac edilib. Meşə fındığının satışından əldə olunan gəlir isə 48 milyon dollar olub.

Qeyd edək ki, meşə fındığının ixracında artıq bir neçə ildir müsbət tendensiya müşahidə olunur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)