Sığorta haqqlarının 83%-i TOP-5 şirkətin payına düşür - SİYAHI
2023-cü ilin yanvar-aprel aylarının sonunda Azərbaycanda 20 sığorta şirkətinin fəaliyyət göstərmək üçün lisenziyası olub. Bu şirkətlər cəmi 467 milyon 530,25 min manat sığorta haqqı toplayıblar.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2023-cü ilin yanvar-aprel aylarında sığorta haqlarının həcminə görə ilk 5-liyə aşağıdakı sığorta şirkətləri daxildir:
PAŞA Həyat Sığorta - 201,305 milyon manat,
PAŞA Sığorta - 121,562 milyon manat,
Qala Sığorta - 33,788 milyon manat,
Atəşgah - Həyat - 22,242 milyon manat
Aqrar Sığorta - 10,53 mln.
Ümumilikdə hesabat dövründə sığortaçıların yığdıqları sığorta haqlarının 83,3%-i bu 5 şirkətin payına düşüb.