Sığorta

Sığorta yığımlarının 73,1 faizi könüllüdür

2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanda sığorta şirkətlərinə ödənilən haqların cəmi 467 milyon 530,25 min manat təşkil edib. Bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 30,3% çoxdur.

ENA.az xəbər verir ki, Azərbaycan sığortaçıları 4 ay ərzində sığorta haqlarını 30%, ödənişləri isə 44% artırıblar.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə yığımları 27,7% artaraq 341 milyon 853,86 min manatdır. Bu, bazardakı bütün sığorta haqlarının 73,1 faizini təşkil edib.

Eyni zamanda, həyat sığortası üzrə sığorta haqları 40,4% böyüyərək 205 milyon 490 min manat, qeyri-həyat sığortası üzrə 136 milyon 363,85 min manat (artım 12,4%) təşkil edib.

İcbari sığorta növləri üzrə sığorta haqları 125 milyon 676,38 min manat (artım 38,1%) təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)