“Forbes”in TOP-50 etibarlı bankı siyahısında Azərbaycan banklarının yeri – SİYAHI
Forbes jurnalı ilk dəfə olaraq MDB məkanında işləyən TOP-50 etibarlı bankın reytinqini açıqlayıb. ENA.az xəbər verir ki, Ən yaxşı TOP-10 bankların siyahısına Qazaxıstandan 5, Gürcüstandan 3, Özbəkistandan 2 bank daxil edilib.
Dövlət bankımız olan Azərbaycan Beynəlxalq Bankı təəssüf ki, “TOP-10” siyahıya düşməsə də 50 bankın sırasında 12-ci pillədə qərarlaşıb. Paşa Bank 27-ci, Kapital Bank 32, Xalq Bank 34, Bank Respublika 38, Unibank 44, AccessBank 46, Azər Türk Bank 47, Rabitəbank 48, YeloBank 49, Paşa Bank Gürcüstan 50-ci sırada yer tutub.
Qeyd edək ki, Banklar beynəlxalq reytinq agentliklərinin (Fitch, Moody's, Standard & Poor's) qiymətləndirmələri əsasında sıralanıb. Kredit təşkilatının reytinqi nə qədər yüksəkdirsə, onun mövqeyi də bir o qədər yüksəkdir. Reytinqlərin sayı bərabər olarsa, daha çox aktivi olan bank daha yüksəkdə yerləşdirilib.
Etibarlılıq dərəcəsinə görə banklar dörd qrupa bölünür:
- milli valyutada ən yüksək etibarlılıq dərəcəsi (qrupa investisiya reytinqinə malik banklar daxildir);
- reytinq agentlikləri tərəfindən BB+-dan BB- (Fitch, S&P) və Ba1-dən Ba3-ə (Moody's) kimi qiymətləndirilən banklar;
- reytinq agentlikləri tərəfindən B+-dan B- (Fitch, S&P) və B1-dən B3-ə qədər (Moody's) qiymətləndirilmiş banklar
Bankların siyahısını görmək üçün keçid: