TURİZM

4 illik fasilədən sonra Moskvadan Tbilisiyə ilk uçuş baş tutub

Moskva-Tbilisi reysini yerinə yetirən Rusiyanın “Azimut” aviaşirkətinin təyyarəsi Vnukovo hava limanından birbaşa uçuş həyata keçirib.

Bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Dörd illik fasilədən sonra təyyarənin gecikmədən havaya qalxdığı bildirilib.

Qeyd edək ki, “Azimut” aviaşirkəti mayın 16-da Gürcüstan dövlətindən Moskva-Tbilisi marşrutu üzrə uçuşlar həyata keçirmək üçün icazə alıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)