“MAX” şirkəti 500 min manatlıq istiqraz buraxdı -ŞƏRTLƏR
Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “MAX” MMC-nin ümumi dəyəri 500,000 (beş yüz min) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
İstiqrazın nominal dəyəri 1000 manat, illik faizi 13%-dir. Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.
Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” QSC-dir.