“Access Bank” faizlərdən yaxşı qazanıb
“Access Bank”ın bu ilin yanvar-mart aylarında faiz gəlirləri 42 milyon 660 min manat olub.
ENA.az xəbər verir ki, ötən ilin eyni dövründə bu rəqəm 30 milyon 679 min manat olub.
Faiz gəlirlərinin 40 milyon 660 min manatı müştərilərə verilmiş kreditlərdən formalaşıb. Ötən ilin yanvar-mart aylarında bu qazanc 30 milyon 170 min manat idi.
“Access Bank” digər banklar və maliyyə institutlarına verilən kreditlər üzrə faizlərdən 666 min manat gəlir əldə edib. Qoyduğu depozitlərdən 546 min faiz gəlirləri, ticarət və investisiya qiymətli kağızlarından 782 min manat qazanıb. Qeyd edək ki, bu kateqoriyadan olan gəlirlər də ötən ildəkindən dəfəflərlə yüksəkdir.