Ukrayna üçün təminat reyestri yaradıldı
Avropa Şurasının sammitində Rusiya-Ukrayna müharibəsi və Ukraynaya dəstək məsələləri müzakirə olunub.
Avropa liderləri Rusiyanın Ukraynaya müharibə nəticəsində vurduğu zərəri hesablamaq üçün beynəlxalq reyestr yaratmaq barədə razılığa gəliblər.
İslandiyanın paytaxtı Reykyevikdə baş tutan sammitdə liderlər bildiriblər ki, reyestrin yaradılması müharibə başa çatdıqdan sonra rəsmi Moskvanı təzminat ödəməyə vadar etmək məqsədi daşıyır.
Ukraynanın baş naziri Denis Şmıqal tədbiri tarixi hadisə adlandırıb.
“Bundan sonra biz Rusiyanın aktivlərinin müsadirəsi üçün hüquqi sənədlər hazırlamalı və təzminat fondu yaratmalıyıq” – deyə Şmıqal vurğulayıb.
Reyestr müharibədən zərər görənlərin şikayət etməsi üçün vahid qeydiyyat mərkəzi funksiyasını yerinə yetirəcək.