Taxıl sazişinin vaxtı daha iki ay uzadıldı
Aparılan danışıqlardan sonra Rusiya ilə Ukrayna arasında taxıl ixracına dair sazişin vaxtı daha 2 ay uzadılıb.
Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib.
O, tərəfləri konstruktiv əməkdaşlığa görə təbrik edib.
Ərdoğan qlobal qida tədarükü zincirinin fasiləsiz işləməsi üçün, xüsusilə ehtiyacı olan ölkələr üçün taxılın əlçatan olması baxımından həyati əhəmiyyəti olan bu qərarın bütün tərəflərə xeyirli olmasını diləyib.
Qeyd edək ki, taxıl ixracına dair sazişin əvvəlki müddəti 18 mayda başa çatacaq.