Sosial iqtisadiyyat

Öz həyatına sahib çıx - 6-cı "SHE Congress" keçirildi

Bugün paytaxt Bakıda "SHE Congress Baku, 2023. Own Your Life"” tədbiri baş tutdu. Tədbirdə Azərbaycanın aktiv, sahibkar qadınları, tanınmış simaları iştirak ediblər.

Konqresi açan təşkilatçı Tatyana Mikayılova bu il iştirakçıların sayının çox olduğunu bildirib. O, ölkəmizdə aktiv qadınların sayının ilbəil artdığını vurğulayıb.

Milli Məclisin üzvü Hicran Hüseynova bildirib ki, bu, artıq 6-cı toplantıdır və hər dəfə iştirakçıların sayı artır. Qadınlarımızın səviyyəsi və imkanları da hər konqresdən sonra artır.

“Biz burada fəal xanımları gördükdə sevinirik. Bu da onu göstərir ki, Azərbaycanda qadın hərəkatı çox güclüdür. Bu gün Azərbaycanda müxtəlif sahələr üzrə qadın assosiyasiyaları getdikcə artır. Kənd yerlərində yaşayan və sahibkarlıqla məşğul olan, eləcə də maliyyə sektorunda çalışan, güclü rəhbər qadınlarımız var", - deyə deputat bildirib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)