Aİ Rusiyaya qarşı sanksiya siyahılarını genişləndirməyi planlaşdırır
Avropa İttifaqı Rusiyaya qarşı yeni tədbirlər çərçivəsində 100-ə yaxın fiziki şəxs və şirkətləri sanksiya siyahısına əlavə etmək niyyətindədir.
Hesabatda deyilir ki, Aİ Rusiyanın 1,6 mindən çox fiziki şəxs və şirkətinin hesablarını dondurub. Qəbul ediləcək 11-ci paketə 100-ə yaxın maddə əlavə olunacaq.
Xarici KİV-in məlumatına görə, ikiqat vergi müqavilələri ləğv edilən kimi Moskva Rusiyada hələ də mövcud olan Qərb şirkətlərinə yeni vergi tətbiq edəcək.
Qeyd olunur ki, Rusiya Federasiyasında qalan Armani, Clarins, Raiffeisen kimi xarici şirkətlər ölkədə əldə etdikləri mənfəətin 25%-ə qədərini ödəmək zərurəti ilə üzləşə bilər.