Gürcüstana məxsus “Georgian Airways” Moskvaya həftədə 7 dəfə uçacaq

Gürcüstanın “Georgian Airways” aviaşirkəti mayın 20-dən etibarən həftədə yeddi dəfə Moskvaya uçuşlara başlamaq niyyətindədir. Bu barədə Gürcüstanın Mülki Aviasiya Agentliyi məlumat yayıb.
Daşıyıcının Rusiyaya uçmaq üçün icazə aldığı iddia edilir.
“Georgian Airways” Tbilisi-Moskva-Tbilisi istiqamətində müntəzəm uçuşlar həyata keçirməyə başlayır”, - məlumatda deyilir.
Uçuş cədvəlinə əsasən, uçuşlar həftədə yeddi dəfə həyata keçiriləcək.
Gediş və gəlişin dəqiq vaxtı barədə məlumat verilmir.