Gündəm

Ermənistan XİN: “Rusiya bizə pulunu ödədiyimiz silahları verməyib"

“Rusiya bizə vəd etdiyi və pulunu ödədiyimiz silahları verməyib".

Bunu Ermənistanın xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan deyib.

Onun sözlərinə görə, silahların əldə olunması istiqamətində işlər davam etdirilir.

M.Səfəryan silahların niyə təhvil verilmədiyinin səbəbini açıqlayıb: "Bununla bağlı məsələyə müvafiq tərəf, yəni Rusiya Müdafiə Nazirliyi aydınləq gətirməlidir".

Qeyd edək ki, daha əvvəl ölkənin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da Rusiyanın vəd verdiyi silahların Ermənistana çatmadığını bildirmişdi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)