Adışirin Qasımov vəzifəsindən azad edilib

Milli Depozit Mərkəzinin (MDM) İdarə Heyətinin (İH) sədri Adışirin Qasımov vəzifəsindən azad edilib.
ENA.az xəbər verir ki, bu barədə MDM məlumat yayıb.
Məlumata görə, qurumun Müşahidə Şurasının qərarı ilə İH-nə sədrlik Ağahüseyn Xudaverdiyevə həvalə olunub.
O, 1999-2016-cı illərdə o vaxtkı Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində çalışıb.