Bank kreditlərinə çıxış getdikcə çətinləşir
Bu barədə bu gün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Twitter səhifəsində yazıb.
ENA.az xəbər verir ki, o, KOBİA-ya gələn problemlərlə bağlı müraciətlər arasında məhz bank kreditlərinə çıxış məsələsinin üstünlük təşkil etdiyini bildirib.
“Şirkətlərin müraciətləri cavabsız qalır və ya yüksək kredit xərclərinə məruz qalır. Banklar istehsal, məşğulluq və investisiya məsələlərində həssas və konstruktiv olmalıdır”, - deyə, O.Məmmədov hesab edir.