Azərbaycanda BOKT nizamnamə kapitalını 300 min manatdan 10 manata salıb
"Marja İnvest Bank Olmayan Kredit Təşkilatı” MMC nizamnamə kapitalının 300 min manatdan 10 manata salıb.
ENA.az xəbər verir ki, beləliklə “Marja İnvest” BOKT bazarında fəaliyyət göstərmək üçün Mərkəzi Bankdan (AMB) lisenziya almaqdan imtina edib. Çünki bu fəaliyyət növü üçün AMB-nin müəyyən etdiyi minimum kapital tələbi 300 min manat təşkil edir.
BOKT nizamnamə kapitalının azaldılmasının səbəbləri barədə açıqlama verməyib.
Xatırladaq ki, “Marja İnvest” BOKT 2022-ci il avqustun 19-da vergi orqanlarında qeydiyyata alınıb.